Gezi Parkı Etirazları

Türkiyedeki “Gezi Parkı” etirazları: vetendaş herekatı yoxsa siyasi herekat?
Bir neçe gündür ki Türkiye’de “Gezi Parkı” hadiseleri baş vermekdedir. Bu hadiseler artıq iki gündür ki, ciddi qarşıdurmalara çevrilib. Sosial şebekeler, vetendaş teşkilatları, siyasi partiyalar terefinden xalq küçelere (sokak) çıxarıldı. Bütün “hessas vetendaşlar” ciddi reaksiyalar verdi. Sadece İstanbulda olan hadiseler çox qısa vaxtda bir çox şehere – Ankara, İzmir, Eşkişehir, Adana, Samsun, Kocaeli, Trabzon, Diyarbakır, Antakya ve digerlerine yayıldı. Türkiye Daxili İşler Nazirliyinin açıqlamasına göre, 1-2 iyun (Haziran) tarixinde 48 şeherde 90-dan çox etirazlar an baş vermişdir. Artıq indi ele bir hedde çatmışdır ki, şeher ve mekan sayı itmekdedir. Etirazlar bütün Türkiye’ye yayılmış veziyyetdedir.
Türkiye burjua mediasının eksine olaraq hadiseler sosial şebekelerde inanılmaz bir teşkilatçılıqla kordinasiya edildi, gerekli informasiyalar süretli şekilde lazimi yerlere ötürüldü. Burjua mediası bize müharibeleri, işğalları, cinayetlerı canlı teqdim edirdi, etiraz eden xalq ise alternativ media yaradaraq inqilabı canlı yayımlayırdı. Türkiye esas mediyası ne qeder sessiz qalırdısa, alternativ xalq mediası daha da çox teşkilatlanır ve güclenirdi, baş vermekde olan hadiseler dünya mediasının bezi merkezlerinde işıqlandırıldı, hetta Rusiyyanın RT kanalı hadiseleri canlı yayımladı. Olanlar birden-bire dünya metbuatının diqqetine sebeb oldu.
Türkiye iktidar partiyası AKP-nin (Edalet ve İnkişaf Partiyası) uzun müddetdir ki yeritmiş olduğu kompleksli fealiyyeti davamlı olaraq etirazlarla qarşılaşırdı. İndi artıq mesele o yere gelib çıxmışdır ki, teşkilatlanmış futbol azarkeşleri de hadiselere qarışıb, tam destek verirler. Hetta bezi qarşıdurmalarda helledici rol oynayırlar (Beşiktaş Futbol Klubunun azerkeş qrupu Çarşı-nın bele bir şüarı da yayılmışdı:”Bize 100 qazmaskası verin, “Gezi Parkı”nı işğal edek”. Bu yazı hazırlandığı erefede artıq “Çarşı” qrupu bir inşaat buldozerini ele keçirerek, polis teşkilatına aid 2 TOMA-nı (Toplumsal Olaylara Müdahele Aracı-İctimai Hadiselere Müdaxile Vasitesi) etiraz zolağından uzaqlaşdırmaqda idi).
Hadiseler, tebii ki, sebebsiz alovlanmadı. İktidarda olduğu müddetde AKP Türkiyede hem özelleşdirmeni süretlendirmiş, hem Sünni esaslı tehsil ve kadrlaşma siyaseti tetbiq etmiş, hem işçi sınıfının az qala bütün naliyyetlerini zibil qabına atmış, hem de Yeni-Osmançılıq adlandırılan, Türkiye Cumhuriyyeti (1923) öncesi Anadolu  İmparatorluğu qurma xeyalına düşmüşdür.
Türkiyenin sol fikirli analitikleri apardıqları bütün araşdırmalarda AKP-nin, ABŞ-nın (ABD’nin) Anadolu ve Yaxın Şerqe dair geniş ve imperialist maraqlarının alternativ üzü olan “podratçı” (müteahhit-taşeron) layihesi olduğu vurğulanmışdır. Son dövrlerde de AKP iqtidarının İran, İraq, Suriyaya qarşı yürütdüyü siyasetde ABŞ elaltısı olması, Suriya Vetendaş müharibesine “gizli” şekilde her növ destek vermesi, Suriya Müxalifetine ev sahibliyi etmesi ve fikir desteyi vermesi, Suriyada etnik ve dini-mehzeb yönlü addımları AKP-nin “podratçı” üzünü tamamile ifşa etmişdir.
Hemçinin AKP-nin Türkiye Böyük Millet Meclisinde millet vekili say çoxluğunu elinde tutması, onun layihe arealını asanlıqla genişlendirmişdir. Hemişe siyasi hakimiyyetin qarşısında böyük bir mane olan ordu “saxta” mehkemelerle “temizlenmiş” (ordu çevrilişi ehtimalı azaldılmış), büdce bölgüsünde din sektoruna ve polis teşkilatına geniş maliye ayrılması, polis teşkilatının ciddi şekilde silahlandırılması ve hüquqi haqlarının genişlendirilmesi, siyasi, medeni, sosial, iqtisadi sahelerde imperialist maraqlar qarşısındakı manelerin qaldırılması ve yüngülleşdirilmesi ve bir sıra yeniden nizanlama faliyyetleri AKP-nin bir yol temizleme siyaseti olmuşdur.
Hele de davam etmekde ve böyümekde olan, polis şiddetini artdığı, qeddarlaşdığı etirazların qığılcımı, Türkiye Solunun en böyük ve davamlı toplaşma merkezi olan Taksimde “Gezi Parkı” adlanan parkın özelleşdirilerek Ticaret Merkezi ve Medeniyyet Evi tikintisi üçün sökülmesi qerarı ve 3-cü Böyük Körpünün açılışı ve bu köprüye alevi qatili kimi tanınan Osmanlı padişahı Yavuz Sultan Selimin adının verilmesi ve s. oldu. Parkın sökülmesi qerarını mülki vetendaşlar, buraya çadır qurub kitab oxuyaraq, istirahet ederek sivil formada etirazını bildirdi. 28 May tarixinde baş nazir Erdoğanın telimatı ile söküntü işleri yeniden başladı ve vetandaşlarla polis arasında qarşıdurma başladı ve her bir prosesi en kiçik detalına qeder izleyen sol ve müxalifet cebhesinin reaksiyası ile böyümeye başladı.
Tebii ki, bu şekilde alovlanma sadece “Gezi Parkı” sebebi ile deyildi. AKP-in, bütün fealiyyetleri imperialist xarakterli olması, davamlı etirazlar, nümayişlere, tetillere sebeb olurdu. Bu ilki 1 May bayramının da Taksim Meydanında qeyd olunmasının qadağa edilmesi ve sol partiya ve qruplarla qeddarcasına qarşıdurmanın yaşanması da tam unudulmamışdı. Ve hadiseler qısa zamanda kütlevileşmeye başladı. Parka çoxlu vetendaş axışdı, qarşıdurma polis şiddeti ile böyüdü ve ümumi etiraz sferasına keçdi.
Bezi qüvveler her hansı bir nöqteden sonra polisin özlüyünde geri çekilmesini, istefa edeceyini istisna etmirdi. Amma sol qruplara çoxdan belli idi ki, polis teşkilatı ciddi bir “cemaat” (dini evlerin yetişdirmeleri – red.qeydi) qruplaşmasıdır. Hetta bu haqda xeyli araşdırmalar edilmiş, jurnalist-araşdırmacı Ahmet Şık’ın qeleme aldığı “İmamın Ordusu” (“İmam” deyimi “cemaat” teşkilatlanmasının beyni sayılan Fetullah Güleni simvolize edir) eseri polis teşkilatının iç üzünü ortaya qoymuşdur. Texmini iddialara göre, Türkiye Polis Teşkilatının 80%-inden artıq işçisi “cemaatçi”dir. Ciddi cemaat intizamı ile yetişdirilibler (beyinleri yuyulub). Bu hem de o demekdir ki, bu hadiselerde polislerin xalq terefine keçmesi çox çetin meseledir. Çünki onları fealiyyetlerine bağlayan sadece maaş deyil, indiki şeraitde bundan daha güclü olan ideoloji bağlılıqdır. Ve nezere alaq ki, onların ideologiyası sol düşmençiliyi xarakterize edir. Bu hemde o demekdir ki, polis zorakılığının bir serheddi olmayacaqdır. Ve her gün sosial şebekelerde yayımlanan foto ve videolarda bu açıq şekilde tesdiq olunur.
Bununla beraber, bu hadiselerin vetendaş, yoxsa siyasi xarakterli olduğu müzakirelerine rast gelirik bezen. Bezi “ağıllı işbilenler”, hadiselerin xarakterini anlamamaqla qalmayıb bir de şerh etmeye çalışırlar ki, “bu hadiseleri siyasileşdirmeye çalışırlar, buna icaze vermeyin!”
Türkiyede baş veren qarşıdurma ilk növbede iqtidar AKP partiyası, onun elaltıları olan yaşıl burjasiya ve milli burjaziya, podratçılığını etdiyi imperialist güclere qarşıdır. Bunların hamısının timsalında AKP hakimiyyetine qarşıdır. Yeni-osmancılıq xeyallarına qapılaraq, Osmanlı İmperiyasını berpa etmek isteyen bu dini yaşıllar her addımda cemiyyetin bütün tebeqe ve sahelerini deyişdirmekle ciddi addımlar atırdılar. “Gezi Parkı” layihesi müxalifetin, anti-imperialist partiya, qrup ve aktivistlerin işe qarışması ile ciddi bir patlayış yaratdı. İqtidarda olduğu müddetde “cemaat”leşdirdiyi ve silahlandırdığı polis aksiyaçılara qarşı hedden artıq sert müdaxile etmeye başladı. Heç bir şeye aman vermeden döyür, işgence edir, kapsullu biber qazını birbaşa aksiyaçıların üzerine atır (halbuki, kapsul biber qazının istifade telimatında 45-60 derecelik atış bucağı xeberdarlığı vardır), plastik mermilerden istifade edir, nezarete alınanlara sorğu-sualsız işgence verir ve s.
İlkin olaraq Suriya ve Reyhanlı hadiselerinde podratçı AKP siyaseti tıxanma yaşamışdı. Bu hadiseler ise neinki xarici siyasetde, daxili meselelerde de işin heqiqi üzünü ortaya qoymuş oldu. AKP iqtidarı iflas edir. Xalq da onu istefaya çağırır.
İndi ise Türkiyedeki ayaqlanmanın xarakterini elmizden geldiyi qeder açıqlamağa çalışaq. Bu herekat vetendaş, yoxsa siyas xarakterlidir?
Herekatda tebii ki, aparıcı qüvve xalqdır. Onlara seslenen iştirakçıları cavabsız qoymayaraq küçelere çıxırlar. Çünki onlar AKP siyasetinin zererlerini heyatlarının bütün sahelerinde artıq ciddi olaraq hiss edir ve görürler. Amma, tebii ki, heç bir herekat statik xarakterli ola bilmez, o davam ve inkişaf edirse, yeni merheleye adlayır. Mitinqlerde iştirak edenler ictimai statusları baxımından ne qeder “vetendaş” olsalar da, herekatın xarakterini, onların neye qarşı mübarize etdikleri ve ne üçün mübarize etdikleri teyin edir: Qarşı çıxdıqları Siyasi İqtidardır. Meqsedleri bu edaletsiz ve inkişaf düşmeni, mövhumatçı – mürtece Edalet ve İnkişaf Partiyasının devrilmesi, yerine beraberliye esaslanan azadlıq, demokratik, edaletli bir merhelenin başlanmasıdır. Qarşı çıxdıqları siyasi obyektdir, istedikleri de siyasi temellidir. Bu hadiseler “sosial telebat” aspektinde başlasa da, artıq etirazı ve telebi ile tam siyasi xarakter almışdır. Sol, kommunist partiyaların nüfuzundan ehtiyat edenler davamlı olaraq “marginal qruplar” şerhi verir, guya xalq herekatının siyasileşmesinin itki olacağını qeyd edirler.
Kimlerse düşüne biler ki, buraya “teyzeler”, taksi şoferleri, ve s. qoşulmuşdur ve meseleni siyasileşdirmeyin. Biz de onlara demeliyik ki, siz de meseleni nostalgiyaya çevirmeyin. Bu herekat ya öz içerisinde güclü bir siyasi irade çıxararaq, öz teleblerinin tetbiqine başlayacaq, ya da növbeti “podratçı” siyasi manipulasiyalara qurban gedecek. Bu herekat tam siyasi xarakter daşıyır ve daşımalıdır da.
Bir qrup “analtikler” ise bunun “Türk Baharı” olduğunu deyir ve bele olmasını arzulayırlar. “Bahar” termini siyasi terminologiyada liberallaşma ve ya çevriliş, yeni kapitalist sistemin berqerar olması ve ya davam etdirilmesi menasını ifade edir ve dolayısile de imperialist xarakterlidir. İmperialist maraqlar öz elaltılarını itirseler, bunu yerine yenisini teqdim etmeye çalışacaqlar. Eger herekat özünü siyasileşdirmese, imperialist maraqlar bunu çox professional şekilde siyasileşdirecekler.
Son olaraq ise qeyd edek ki, artıq dünen axşamdan etibaren DİSK[1], KESK[2] ve diger mütereqqi işçi teşkilatları etirazları güclendirmek, AKP faşizmine daha teşkilatlı zerbe endirmek üçün ölkede ümumi tetil üçün müzakireler aparırlar. Ve artıq Eğitim-Sen-in 6№-li şöbesi 3-4 iyun tarixinde işde olmayacaqlarını açıqlamışdır.[3] Bu gün de DİSK İdare Heyyetinin ilkin açıqlamasına göre birinci addım olaraq sabah (4 iyun) saat 12:00-14:00 aralığında bütün iş yerlerinde bildirişler oxunacaq.[4]
Türkiye Solunun 12 sentyabr (Eylül) 1980-cı il kimi qanlı tarixi vardır. Biz de yoldaşlar olaraq ümid edirik ki, tarix tekrarlanmayacaq, tarixi materialist anlayışı ile yeni – “Qırmızı Anadolu” merhelesine keçecek.
En böyük isteyimiz ise artıq Anadolu Sosialist Xalqlar Cumhuriyyetinin qurulmasıdır.
Çünki bu, artıq dayandırılması imkansız çör çörək (ekmek), azadlıq ve beraberlik mübarizesidir.
Yoldaş Nazımın dediyi kimi:
“Axın var, Güneşe axın,
Güneşi zebt edeceyik,
Güneşin zebti yaxın.”
3 Haziran 2013
[1] DİSK-Türkiye Devrimci İşçi Sendikaları Konfederasyonu – Türkiyə İnqilabi İşçi Hemkarlar İttifaqı Konfederasiyası (üzvülüyünde 18 hemkarlar ittifaqı var. Mənbə:)
[2] KESK- Kamu Emekçileri Sendikaları Konfederasyonu-İctimai İşçi Hemkarlar İttifaqı Konfederasyiası (üzvülüyünde 12 Hİ var. Mənbə:)

Hiç yorum yok: